AZ

“Çelsi” evdə “Everton”u məğlub etdi

İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində “Çelsi” doğma meydanda “Everton”la qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Stemford Bric” stadionunda keçirilən görüş London təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 21-ci dəqiqədə Kol Palmer açıb. 45+1-ci dəqiqədə Malo Qyusto fərqi iki topa çatdırıb.

Bu nəticədən sonra “Çelsi” 28 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. “Everton” isə 24 xalla yeddinci sıradadır.

Növbəti turda “mavilər” dekabrın 20-də səfərdə “Nyukasl Yunayted”in qonağı olacaq. “Everton” isə həmin gün “Arsenal”ı qəbul edəcək.

Seçilən
25
90deqiqe.az

1Mənbələr