Çirkab suları ucbatından vətəndaş öz həyətində gəzə bilmir.
Xezerxeber.az xəbər verir ki, görüntülər Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 11 ünvanındandır. Həyətdə yaşayan sakin deyir ki, uzun müddətdir kanalizasiya borusunda problem yarandığı üçün çirkli su həyətinə axır.
Ağa Dadaşzadə bildirir ki, dəfələrlə aidiyyəti quruma məlumat versə də, əraziyə gəlib baxan olmayıb.
Problemlə bağlı biz də İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə müraciət etdik. Bildirildi ki, əraziyə baxış keçiriləcək və qiymətləndirmə işləri aparılacaq. Daha sonra lazımı tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.