AZ

Çin polad ixracına məhdudiyyətlər tətbiq edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Dünyanın ən böyük polad istehsalçısı olan Çin bəzi polad məhsullarına dair ixrac məhdudiyyətləri tətbiq edəcəyini açıqlayıb.

Banco.azxəbər verir ki, Çin Ticarət Nazirliyi tərəfindən yayımlanan açıqlamada polad ixracını tənzimləmək məqsədilə 2026-cı ildən etibarən lisenziya sisteminin tətbiqinin planlaşdırıldığı bildirilib.

Açıqlamada qeyd olunub ki, ölkədə istehsal olunan təxminən 300 müxtəlif polad məhsulu bu tənzimləmədən təsirlənəcək, lakin görülən tədbirlərin əsaslandırılmasına dair ətraflı məlumat verilməyib.

Nazirliyin bəyanatında deyilir:
“Bəzi polad məhsulları 1 yanvar 2026-cı ildən etibarən ixrac lisenziyası rejiminə daxil edilən yüklər siyahısına əlavə olunacaq.”

Pekin administrasiyasının bu addımı xüsusilə Avropada Çindən idxal olunan ucuz polad və ölkədə mövcud olan istehsal gücü artıqlığına yönələn tənqidlər fonunda atılmış bir addım kimi qiymətləndirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
61
banco.az

1Mənbələr