Rusiya xüsusi təyinatlı polis qüvvələri Voronejdə azərbaycanlılara qarşı əməliyyat keçirib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, həbs edilənlər arasında Voronej şəhərində nüfuz sahibi olan, "Alekseevskaya bazarı"nın nəzarətçisi, kriminal avtoritet Niyaz Zahidov da var.
N.Zahidov 2005-ci ildə Voronej məhkəməsi tərəfindən qəsdən adam öldürməyə görə 8 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Azərbaycanda çəkib, vaxtından əvvəl azadlığa buraxılıb. Sabirabad Rayon Məhkəməsi tərəfindən məhkumluğu vaxtından əvvəl götürülüb.
O, bir neçə dəfə Voronejə getmək istəsə də, Rusiyaya buraxılmayıb. Zahidov 2019-cu ildə Rusiya vətəndaşlığını alıb.