AZ

ÇL-də hamını arxada qoydu

Çempionlar Liqasında əsas mərhələnin 6-cı turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Bu nominasiyanın qalibi Noni Madueke olub.
“Arsenal”ın və İngiltərə yığmasının cinah hücumçusu həftənin ən yaxşı futbolçusu adına layiq görülüb. “Brügge” ilə matçda (3:0) dubl edən Noni UEFA-nın saytında keçirilən sorğuda Şarl De Ketelare (Atalanta), Oskar Qlux (Ayaks) və Jül Kundeni (Barselona) geridə qoymağı bacarıb. Xatırladaq ki, o, Belçikada keçirilən oyunda cərimə meydançasının xaricindən möhtəşəm zərbə və başla vurduğu qollarla komandasının möhtəşəm qələbəsində böyük rol oynayıb.
ÇL-də 6-cı turun ən yaxşı futbolçularından ibarət rəmzi komandası da müəyyənləşib. Bu haqda UEFA-nın rəsmi saytı məlumat yayıb. Həftənin ən yaxşı “11-liy”inə 11 komandanın oyunçuları layiq bilinib: qapıçı - Unay Simon (Atletik); müdafiəçilər - Niko O’Rayli (Mançester Siti), Məhəmməd Salisu (Monako), David Hantsko (Atletiko), Jül Kunde (Barselona); yarımmüdafiəçilər - Lennart Karl (Bavariya), Riçard Rios (Benfika), Şarl De Ketelare (Atalanta); hücumçular - Entoni Qordon (Nyukasl), Meyson Qrinvud (Marsel), Noni Madueke (Arsenal).

Seçilən
32
1
football-plus.az

2Mənbələr