AZ

Reutov şəhərinin meri avtomobil qəzasında öldü

ain.az bildirir, Milli.az saytına əsaslanaraq.

Moskva vilayətinin Reutov şəhərinin meri Filip Naumenko dekabrın əvvəlində baş vermiş ağır yol qəzasından sonra bu gün xəstəxanada dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə məlumatı Moskva Vilayət Dumasının sədri İqor Bryntsalov təsdiqləyib.

Naumenko Nijni Novqorod vilayətində avtomobil qəzası keçirmiş və dərhal helikopterlə Moskvadakı xəstəxanaya çatdırılmışdı.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. (sfera.az)Milli.Az

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
2
news.milli.az

3Mənbələr