AZ

Hakan Fidan: Suriyada ABŞ hərbçilərinin öldürülməsi təxribatdır

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada ABŞ və Suriya ordusunun birgə patrulu zamanı hərbçilərə atəş açılması nəticəsində iki amerikalı əsgərin öldürülməsini təxribat kimi qiymətləndirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazir Suriyada fəaliyyət göstərən terror qruplaşmalarına xəbərdarlıq edərək vurğulayıb ki, silahlı mübarizə aparanlar silahla cavab alacaqlar.

Qeyd edək ki, Suriyada ABŞ və Suriya hərbçilərinin birgə patrulu atəşə tutulub. Pentaqonun məlumatına görə, hücum nəticəsində iki ABŞ əsgəri və bir amerikalı tərcüməçi həlak olub, üç hərbçi isə yaralanıb. Hücumu həyata keçirən şəxsin İŞİD üzvü olduğu müəyyən edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
2
apa.az

3Mənbələr