AZ

Almanların çoxu 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinin qadağan olunmasını dəstəkləyir

Almanların çoxu 16 yaşdan kiçiklərin sosial şəbəkələrdən istifadəsinin qadağan olunmasını dəstəkləyir

Almaniyada əhalinin əksəriyyəti 16 yaşdan kiçik şəxslərin sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsini dəstəkləyir.

AFN.az xəbər verir ki, bu, "Bild" qəzetinin sifarişi ilə INSA sosioloji institutunun keçirdiyi sorğunun nəticələrində əksini tapıb.

Sorğu nəticələrinə görə, 60% respondent Avstraliya nümunəsinə uyğun olaraq, 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrin istifadəsinə qadağa qoyulmasını dəstəkləyir. 24% respondent bu fikrə qarşı çıxıb, 16% isə cavab verməkdə çətinlik çəkib və ya fərq etmədiyini bildirib.

Partiya tərəfdarlarının mövqeyi isə belədir: Yaşılların tərəfdarlarının 71%-i, CDU tərəfdarlarının 70%-i, SPD seçicilərinin isə 69%-i qadağanı dəstəkləyir. Almaniya üçün Alternativ və Almaniyanın Azad Demokrat Partiyasının seçiciləri isə daha ehtiyatlı yanaşır – qadağanı yalnız 57% dəstəkləyir.

Yaş qrupları arasında məsələyə münasibətə gəlincə, 30 yaşdan yuxarı şəxslərin əksəriyyəti qadağanı dəstəkləyir. 30 yaşdan kiçiklər arasında isə vəziyyət fərqlidir: 40% dəstəkləyir, 37% əks fikirdədir, 15% isə fərq etmədiyini bildirir.

INSA rəhbəri Herman Binkert qeyd edib: “16 yaşdan kiçiklər üçün sosial şəbəkələrin qadağan edilməsini dəstəkləyən hər kəs, gənc nəsil arasında əksərini inandıra bilməsə belə, ümumilikdə əhalinin çoxluğunun dəstəyini alır”. Sorğu 11-12 dekabr tarixlərində 1 003 iştirakçı arasında keçirilib.

Qeyd edək ki, 10 dekabrdan etibarən Avstraliyada 16 yaşdan kiçiklərin sosial şəbəkələrə girişini qadağan edən qanun qüvvəyə minib. Sosial şəbəkələr həmin qanuna uyğun olaraq, uşaqlar və yeniyetmələrin hesablarını deaktiv etməlidir.

Seçilən
49
afn.az

1Mənbələr