AZ

Avtomobil vuruldu 3 nəfər öldü

ain.az, Avtosfer portalına istinadən məlumat yayır.

İsrailin Müdafiə Ordusu Qəzza şəhərinə hava hücumu həyata keçirib. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, aviazərbələr nəticəsində HƏMAS-ın silahlı qolu olan "İzəddin əl Qəssam"ın komandanlarından biri, Raad Saad öldürülüb. Məlumata görə, İsrail ilə HƏMAS arasında oktyabrın 10-da atəşkəs barədə razılaşma əldə olunsa da, Qəzza zolağı hücumlara məruz qalır. Fələstinli mənbələr iddia edirlər ki, son hücumda Qəzza şəhərinin qərbində hədəf alınan avtomobilin vurulması nəticəsində azı 3 nəfər həlak olub. İsrailin Müdafiə Ordusunun açıqladığı məlumatda isə hücum nəticəsində HƏMAS-ın silahlı qolu "İzəddin əl Qəssam"ın komandanlarından biri olan Raad Saadın öldüyü yer alıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
1
avtosfer.az

2Mənbələr