AZ

ABŞ-da universitetdə atışma baş verib, yaralananlar var

Bakı, 14 dekabr, AZƏRTAC

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə polisin mətbuat xidməti məlumat yayıb.

“Broun Universitetinin kampusunda bir neçə nəfər güllələnib. Hazırda aktiv araşdırma aparılır,” – deyə açıqlamada bildirilir.

Daha əvvəl universitet rəhbərliyi atışma səbəbindən kampusdakı tələbə və işçilərdən yerində qalmağı xahiş etmişdi. Həlak olanların dəqiq sayı və hadisənin səbəbi hələ açıqlanmayıb. “Associated Press” şübhəli şəxsin tutulduğunu bildirsə də, universitet rəsmiləri daha sonra cinayətkarın axtarışının davam etdiyini açıqlayıblar.

Seçilən
83
1
azertag.az

1Mənbələr