Bakı. Trend:
“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının16-cı turunda komandasının “Brayton” üzərində 2:0 hesablı qələbəsiilə bağlı təəssüratlarını bölüşüb.
Trend xəbər verirki, baş məşqçi insanların komanda ilə bağlı sabit olmayanşərhlərinə toxunub:
“Bu, kifayət qədər qəribədir: 2:0 hesabı ilə qalib gələn kimiinsanlar dərhal komandanın müdafiədə daha inamlı oynadığını deməyəbaşlayırlar. Düşünürəm ki, bir oyunda (“Lids Yunayted”lə) son dördoyunumuzdan daha çox qol buraxdıq. Amma indi, birdən-birə, sadəcəbir qələbə sayəsində güclü bir komandaya çevrildik.
“Lids”ə qarşı oyunun son dəqiqələrində qol buraxaraq heç-heçəetdiyimizdə, yəqin ki, insanlar eyni halın “Brayton”a qarşı oyundada baş verəcəyini düşünmürdülər. Amma çoxlu qol şanslarımız oldu.Düşünürəm ki, biz topla hər şeydən daha yaxşı davranırıq. Son beşmatçda üç dəfə qapımızı toxunulmaz saxladıq və xüsusən də PSV-yəqarşı dörd, “Nottinqem Forest”ə qarşı isə üç qol buraxdıqdan sonrabunu davam etdirə bilərik”, - Slot “Liverpul”un rəsmi saytınabildirib.