Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Məşhur meksikalı boksçu Saul “Kanelo” Alvarezin məşqçisi Eddi Reynoso bildirib ki, onun yetirməsi keçmiş üç divizionda mütləq çempion amerikalı Terens Kroufordla revanş döyüşü keçirməyə ümid edir.
İdman.Biz bildirir ki, sentyabrın 14-nə keçən gecə ABŞ-ın Las-Veqas şəhərində baş tutan mütləq dünya çempionu titulu uğrunda döyüşdə Terens Krouford Saul "Kanelo" Alvaresi məğlub edib.
“Saul hazırda istirahət edir. Sol dirsəyindən əməliyyat olunub, hər şey yaxşı keçib və artıq məşqlərə başlayıb, fiziki formasını bərpa edib. Gəlin görək gələn il bizi nə gözləyir, sonra sakitləşək.
O, Kroufordla revanş döyüşü istəyir. Sentyabr ayında bunu etmək mümkün olub-olmadığını görəcəyik, amma məqsəd budur: qisas almaq və hesablaşmaq”, - Reynoso Azteca TV-də bildirib.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.