AZ

ABŞ Rusiyanı “strateji düşmən” siyahısından çıxardı

Pentaqon Rusiyanı NATO-ya daxil olmayan müharibə oyunlarında (təlim) potensial düşmən hesab etməyi dayandırıb.

 

Senzor.az bildirir ki, bu barədə “Foreign Policy” (FP) məlumat yayıb.

 

Qeyd olunub ki, bu, ABŞ Prezidenti Donald Trampın Moskva ilə yeni münasibətlər qurmaq istəyi fonunda baş verir: "Tramp Moskva ilə yeni münasibətlər qurmağa o qədər diqqət yetirib ki, onun Müdafiə Nazirliyi artıq Rusiyanı müxtəlif müharibə oyunlarında potensial strateji düşmən kimi siyahıdan çıxarmağa başlayıb".

 

Xatırladaq ki, dekabrın əvvəlində ABŞ administrasiyası milli təhlükəsizlik strategiyasını dərc edib. Əvvəlki versiyada Rusiya və Çin ABŞ-ın əsas xarici siyasət rəqibləri elan edilmişdi. Lakin yeni versiyada belə deyil. Bundan əlavə, sənəddə Rusiya ilə münasibətlərin qurulmasının vacibliyi vurğulanır və bütün tənqidlər əsasən Avropaya və Avropa təsisatlarına yönəldilir. 

Seçilən
2
2
senzor.az

3Mənbələr