AZ

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

Metbuat saytına istinadən ain.az xəbər verir.

Misir istiqamətində hərəkət edən və günəbaxan yağı daşıyan VIVA gəmisi dekabrın 13-də Ukraynanın iqtisadi zonasında hücuma məruz qalıb.

Metbuat.az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin “taxıl dəhlizi” marşrutu ilə üzərkən pilotsuz uçuş aparatı ilə vurulduğunu bildirib. Hücumun Rusiya tərəfindən həyata keçirildiyi qeyd olunur.

Açıqlamaya əsasən, gəmidə olan 11 Türkiyə vətəndaşı xəsarət almayıb və VIVA marşrutu üzrə hərəkətini davam etdirir. Hadisə ilə bağlı Rusiya və Türkiyə tərəfləri hələlik rəsmi açıqlama verməyib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
metbuat.az

2Mənbələr