Idman.biz saytına istinadən ain.az xəbər verir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 16-cı turunda komandasının “Osasuna” üzərində 2:0 hesablı qələbəsindən sonra “Real Madrid” haqqında danışıb.
İdman.Biz xəbər verir ki, Flik “Osasuna” üzərində qələbənin “Real”a psixoloji təzyiq göstərib-göstərməyəcəyi barədə suala birmənalı cavab verib.
“Rəqiblər haqqında danışmaq istəmirəm. Bu, mənim məsələm deyil. Əgər qələbəmiz rəqibə təzyiq göstərirsə, bu, onların problemidir. Biz bu səviyyədə oynamağa davam etməliyik. Özümüzü toparladıq, yaxşı oynayırıq, artıq bütün oyunçularımız heyətə geri qayıdıb və demək olar ki, hamısı 100% hazırdır. Qalanları məni narahat etmir”, - AS Flikdən sitat gətirib.
İspaniya liqasında oynanılan 17 oyundan sonra “Barselona”nın 43 xalı var və turnir cədvəlinə başçılıq edir. “Real Madrid” 16 oyundan sonra 36 xalla ikinci yerdədir.
İdman.Biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.