AZ

Qubanın bu kəndində 11,7 dərəcə şaxta var - FOTO

Şimal bölgəsinin bəzi ərazilərinə bu gecə ilin son fəslinin ilk qarı yağıb. 

Qubadakı Şimal-Şərq Regional Hidrometerologiya Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, ən çox qar Xızı rayonunun Altıağac qəsəbəsinə yağıb: -13 sm.

Qubanın Qrız kəndində ən soyuq temperatur -11,7 dərəcə şaxta qeydə alınıb.

Qarın hündürlüyü Qubanın Xaltan kəndundə 8, Qrız kəndində 2, Quba şəhərində 4, Şabranda 4 sm  olub.

Digər məntəqələrdə də 4-8 sm qar yağması müşahidə edilib.

Seçilən
51
4
paralel.az

5Mənbələr