Rusiya Avropada öz aktivlərinin müddətsiz dondurulması və mümkün müsadirəsi ilə bağlı vəziyyətə cavab olaraq tədbirlər görür.
Bu barədə “Business Insider Polska” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Rusiya Mərkəzi Bankı Avropa İttifaqının bu planlarını qanunsuz hesab edib, maraqlarını bütün vasitələrlə müdafiə etmək hüququnu özündə saxladığını bəyan edib və Euroclear depozitarına qarşı Moskva məhkəməsində iddia qaldırdığını açıqlayıb.
Rusiya tərəfinin iddiasına görə, depozitarın addımları onun maliyyə və qiymətli kağızlar üzərində sərəncam vermək imkanlarını məhdudlaşdırıb.
MənbəAPA