AZ

Tariximizin böyük bir parçası isə dünya muzeylərindən Azərbaycana həsrətə baxır » AzadMedia.az

Tariximizin

Avstriyanın Vyana şəhərindəki Təbiət Tarixi Muzeyində saxlanılan və Azərbaycanın ərazisindən tapılan qədim dövrə aid antik əşya


1881-1893-cü illər arasında Frans Heger, o vaxtkı Antropoloji-Etnoqrafiya şöbəsinin direktoru tərəfindən satın alınmışdır.

Son Tunc və Dəmir dövrününə aid və Azərbaycanın Xocalı-Gədəbəy arxeoloji mədəniyyətinə aid olan əksər əşyalar 1898-ci ildə Avstriya entomoloqu və tədqiqatçısı Hansı Lederin, indiki Göygöl, o zamankı Yelenendorfa səfəri zamanı əldə edilib.

Azərbaycanda tapılan çəkmə formalı bədii keramika qan eramızdan əvvəl 1200-900-cü illərə aiddir. Ağ işləmələr ilə zəngin şəkildə bəzədilmiş çəkmə formasında yüksək keyfiyyətli bir keramik qabdakı mürəkkəb bəzək dəri çəkmələrin tikişləri və dekorativ elementləri onu göstərir ki, Azərbaycan coğrafiyasında qədimdən insanların yüksək sənətkarlıq bacarıqları və geyim mədəniyyəti olub.

Qab Azərbaycan dulusçularının son tunc-erkən dəmir dövründəki keramika məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, öz dövrünün dini-fəlsəfi dünyagörüşü, xüsusilə də axirət dünyası ilə bağlı inancları haqqında dolğun təsəvvür yaradır.

Coğrafiyamızda olan ən qədim dulusçuluq nümunələri çox rəngliliyi və mürəkkəb naxış-bəzək sistemi ilə seçilir. Qədim yerli ənənələrə əsaslanan qədim Azərbaycan incəsənəti antik dövrdə müəyyən dərəcədə tənəzzülə uğrayır, daha erkən inkişaf dövrlərini səciyyələndirən rəngkarlıq sənəti qeyb olur; keramikaya vurulan əlvan naxışlar başlıca olaraq daha bəsit xarakter daşıyır.

Tunc və dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını və axtarışlarını nümayiş etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri və bir çox motivləri qədim türk sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir.

Muzeyin saytında özləri də yazırlar ki, bu antik əşya Azərbaycan mədəniyyətinin bir parçasıdır

https://www.nhm.at/en/research/prehistory/collections/caucasus

Bu qab kimi yüzlərlə, minlərlə antik əşyalar, arxeoloji qazıntılar dünya muzeylərində sərgilənir.

Londonun Viktoriya və Albert, Parisin Luvr, Nyu-Yorkun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının hazırladığı sənət nümunələrini görmək olar.

Avropa, Asiya, Amerika qitəsindəki ölkələrin muzey və şəxsi kolleksiyalarına yayılan bu nadir sənət əsərlərinin çoxu ya ayrı-ayrı şəxslərdən alınmış, ya müxtəlif vaxtlarda Azərbaycanda olmuş əcnəbi səyyah, tacir, diplomat və alimlər aparmış, ya da qarət olunmuşdur.

Hindistanla İngiltərə arasında bu gündə dünyanın ən bahalı almazı daşı uğrunda hüquqi mübarizə gedir. Hindistan hökuməti müstəmləkə dövründə Böyük Britaniyaya aparılmış dünyanın ən məşhur "Kuhi-nur" almazını geri qaytarmaq üçün bütün vasitələrə əl atır.

Bizim isə Mədəniyyət Nazirliyi və bu sahə üzrə Dövlət büdcəsindən maliyyələşən qurumların isə başı qarışıb şou biznesə. Tariximizin böyük bir parçası isə dünya muzeylərindən Azərbaycana həsrətə baxır...

Prof.Dr. Zaur Aliyev
Seçilən
97
1
azadmedia.az

2Mənbələr