AZ

“Monako”nun yarımmüdafiəçisi məşq zamanı zədə alıb

Bakı. Trend:

“Monako”nun yarımmüdafiəçisi Pol Poqba məşq zamanı sağ dizindəkiproblem səbəbindən komandasının Liqa 1-də “Marsel”ə qarşı 16-cı turmatçını buraxacaq.

Trend xəbər verir ki,sözügedən oyun bu gün keçiriləcək.

“O, yaxşı formada deyildi. Dizində yüngül vətər dartılması var.Bu, ciddi problem deyil”, - komandanın baş məşqçisi SebastyenPokonyoli klubun rəsmi saytına Poqbanın oyunu buraxma səbəbindəndanışarkən bildirib.

Poqba dopinq qadağası səbəbindən 2025-ci ilin yayında azad agentstatusunda “Monako”ya qoşulub. O, bu mövsüm Fransa çempionatında“Monako”da üç oyun keçirib və qol vurmayıb.

Seçilən
40
2
az.trend.az

3Mənbələr