Ukraynada davam edən şiddətli döyüşlər maraqlı hadisələrlə də yadda qalır.
Publika.az TASS-a istinadən xəbər verir ki, müqəddəslərdən birinin ikonası döyüşçülərdən birinin həyatını xilas edib. Söhbət "Dnepr" Döyüş Qüvvələri Qrupunun 11-ci əlahiddə Hava-Desant Hücum Briqadasında xidmət edən əsgərdən gedir. Briqada komandirinin dini məsələlər üzrə köməkçisi Maksim adlı keşiş sayta açıqlamasında deyib ki, ikona qəlpələrin ürəyinə girməsinin qarşısını alıb.
Tural