AZ

Bakıda sulu qar yağır - FAKTİKİ HAVA

Dekabrın 14-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dekabrın 14-ü saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir. Bir sıra bölgələrdə qar, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar, qar yağır.

Yağan qarın hündürlüyü Altıağacda 13, Lazada (Qusar) 10, Xaltanda 8, Şabranda 4, Qubada 3, Qobustan, Kəlbəcər, Laçın, Qax, Şahdağ, Qubadlıda 1 sm-dir.

Düşən yağıntının miqdarı Xaçmazda 9, Şahbuz, Qobustan, Lənkəran, Astara, Şəki, Oğuz, Kürdəmir, Yardımlı, Lerik və Cəlilabadda 1 mm-dir.

Seçilən
61
28
aznews.az

10Mənbələr