Misli Premyer Liqasında 15-ci turun oyunları davam edir.
"Unikal" xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvəlcə "Kəpəz" "Qəbələ"ni qəbul edəcək. Yevlax şəhər stadionunda keçiriləcək matç saat 14:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Qəbələ" "Kəpəz"ə 3 cavabsız qolla qalib gəlib.
Günün digər oyununda isə "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edəcək. "Azərsun Arena"da keçiriləcək görüş saat 17:30-da start götürəcək. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" rəqibini darmadağın edib - 5:0.