Fransanın məşhur "Hermes" moda evi dəridən hazırlanmış yapışan lentləri satışa çıxarıb.
Bakıvaxtı.az xəbər verir ki, üç ədədlik dəstin qiyməti 320 manata yaxındır.
Müxtəlif rənglərdə olan lentlər quzu dərisindən hazırlanıb. Onların üzərində brendin loqotipi və “Fransada hazırlanıb” sözləri yer alır.