AZ

Juninyo "Qarabağ"a qayıtmayacaq - Məşhur kluba keçir

BAKI, 14 dekabr. TELEQRAF

Braziliyanın "Flamenqo" klubunun futbolçusu Olavio Juninyo komandasını dəyişəcək.

Teleqraf ESPN-ə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu yanvarda Meksikanın "Pumas" klubuna keçəcək.

Paytaxt təmsilçisi bu transfer üçün Braziliya təmsilçisinə 5 milyon avro ödəyəcək. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Olavio Juninyo bu ilin yanvarında "Qarabağ"dan "Flamenqo"ya keçib. Onun Ağdam təmsilçisinə qayıdacağı ilə bağlı şayiələr yayılmışdı.

Seçilən
142
10
teleqraf.com

10Mənbələr