AZ

ABŞ-ın Türkiyə və Azərbaycanla bağlı yeni planı: Rusiya ilə birləşir

İtaliyanın "Scenari Economi" nəşri Tramp administrasiyasının Çindən asılılığı azaltmaq üçün Türkiyə və Aİ-ni kənarda qoya biləcək Rusiya vasitəsilə yeni bir logistika marşrutu axtardığını bildirib.

Publika.az xəbər verir ki, hesabata görə, Türkiyə iki əsas amil səbəbindən qlobal tənlikdən kənarda qala bilməz.

"Marşrutlara nəzarət edən dünyaya nəzarət edir" ifadəsini istifadə edən məqalədə Aİ-nin bürokratik qaydalar çərçivəsində mübarizə apardığı, növbəti onilliyi formalaşdıracaq yeni və təəccüblü logistika və iqtisadi oxlardan kənarda qalacağı vurğulanır. Lakin Türkiyə geosiyasi mövqeyi və təbii sərvətlərinin bolluğu səbəbindən bu tənlikdən kənarda qala bilməz.

Qiymətləndirməyə görə, ABŞ Çindən strateji asılılığını azaltmaq üçün Rusiya ilə enerji və nadir torpaq elementləri sahələrində yeni bir tarazlıq axtarır. Bu axtarışın mərkəzində Türkiyə və Avropa Birliyindən keçməyən alternativ bir logistika marşrutunun yaradılması dayanır.

Məqalədə vurğulanır ki, uzun müddət yalnız nəqliyyat şəbəkəsi kimi qəbul edilən Trans-Sibir Dəmir Yolu yenidən qlobal geosiyasətdə əsas alətə çevrilə bilər. Ssenariyə görə, Orta Asiyadan strateji resurslar Rusiya vasitəsilə Sakit okean sahillərinə və oradan birbaşa Kaliforniyadakı texnologiya mərkəzlərinə daşına bilər. Bu, Çinin nadir torpaq elementləri üzərində qlobal dominantlığını faktiki olaraq qıracaq.

Seçilən
91
5
publika.az

6Mənbələr