AZ

Altı sülhməramlı ÖLDÜRÜLDÜ

BMT-nin Baş katibi Antonio Quterreş müharibənin getdiyi Sudanda Birləşmiş Millətlər Təşkilatının obyektinə pilotsuz təyyarənin hücumu nəticəsində altı sülhməramlı həlak olduğunu bildirib.

Quterreşin açıqlamasına görə, zərbə mərkəzi Kordofan bölgəsindəki Kadugli şəhərindəki sülhməramlı logistika bazasına endirilib.

“Cebheinfo.az” xəbər verir ki, zərbə nəticəsində səkkiz sülhməramlı yaralanıb. Qurbanların hamısı BMT-nin Abyei şəhərindəki Müvəqqəti Təhlükəsizlik Qüvvələrində xidmət edən Banqladeş vətəndaşlarıdır.

"Birləşmiş Millətlər Təşkilatının sülhməramlılarına qarşı hücumlar beynəlxalq hüquqa görə müharibə cinayətləri hesab edilə bilər", - deyə Quterreş bildirib və məsul şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb.

Sudan ordusu hücuma görə iki ildən çoxdur ki, ölkəyə nəzarət uğrunda orduya qarşı müharibə aparan Sürətli Müdaxilə Qüvvələrini (SMQ) günahlandırıb.

Seçilən
41
1
cebheinfo.az

2Mənbələr