Qazax-Tovuz Regional Təhsil İdarəsinin əmri ilə vəzifəsindən azad edilən Ağstafa şəhəri A.Abdullayev adına 2 saylı tam orta məktəbin keçmiş direktoru Vəfa Tağıyeva işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət edib.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, direktorun şikayətinə baxan Ali Məhkəmə əvvəlki instansiyaların qərarını qüvvədə saxlayıb və tələbini təmin etməyib.
Direktor hansı səbəblərlə işdən çıxarılıb?
Qazax-Tovuz Regional Təhsil İdarəsinin 18 sentyabr 2023-cü il tarixli əmri ilə Vəfa Tağıyevaya rəhbərlikdə yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
2024-cü il fevralın 27-də məktəbdə aparılan növbəti yoxlamanın nəticələrinə dair arayışda ciddi pozuntular müəyyən edilib.