AZ

Qazaxıstanda əlverişsiz hava şəraiti Aktau və Atırau şəhərləri istiqamətlərinə uçuşları çətinləşdirib

Astana, 14 dekabr, AZƏRTAC

Əlverişsiz hava şəraiti və təyyarələrə buzdan təmizlənmə xidmətinin göstərilməsinin mümkün olmaması ilə əlaqədar Qazaxıstanın Aktau və Atırau şəhərlərinə və həmin şəhərlərdən uçuşlar təxirə salınır.

AZƏRTAC Qazaxıstanın milli aviadaşıyıcısı olan “Air Astana Group”un mətbuat xidmətinə istinadla xəbər verir ki, sərnişinlərə hava limanına yola düşməzdən əvvəl uçuş statuslarını rəsmi veb saytda və ya mobil tətbiqdə yoxlamaları tövsiyə olunur.

 

 

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
83
3
azertag.az

4Mənbələr