Olke.az saytına istinadən ain.az xəbər verir.
Rusiyanın metallurgiya sektoru ciddi böhran mərhələsinə daxil olub.
"Ölkə.az" xəbər verir ki, sənaye şirkətlərinin ümumi borcu 600 milyard rubl (təxminən 10 milyard manat) həddinə yüksəlib. Bazarda həm tələb, həm də məhsul qiymətləri kəskin şəkildə aşağı düşüb ki, bu da istehsal və maliyyə göstəricilərinə ağır zərbə vurur.
Məlumata görə, aparıcı metallurgiya şirkətlərində vəziyyət belədir:
Maqnitoqorsk Metallurgiya Kombinatında istehsal 18% azalıb;
“Meçel” şirkətində istehsal həcmi 11% aşağı düşüb;
TMK-da satışlar 20% geriləyib;
“Severstal” şirkətinin mənfəəti isə üç dəfə azalıb.
Daxili və xarici bazarlarda tələbin zəifləməsi, ixrac imkanlarının məhdudlaşması və borc yükünün sürətlə artması Rusiyanın metallurgiya sənayesində böhranı daha da dərinləşdirir.
Mövcud tendensiya davam edərsə, yaxın dövrdə sektorda vəziyyətin daha da ağırlaşacağı istisna olunmur.(musavat.com)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.