AZ

Türkiyədə filtr istehsalı fabrikində yanğın baş verib

Olke.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin Dənizlinin əyalətinin Çardaq rayonunda yerləşən filtr istehsalı fabrikində yanğın baş verib.

"Ölkə.az" xəbər verir ki, yanğınsöndürmə briqadalarının 3 saatlıq fəaliyyətindən sonra yanğın nəzarət altına alınıb.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik müəyyənləşməyib.

Alovlar fabrikin böyük bir hissəsini tez bir zamanda bürüyüb. Yanğın zamanı fabrikin boş olduğu qeyd edilir.

Məlumat əsasında hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Ərazidə soyutma işləri davam edir.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
3
olke.az

4Mənbələr