AZ

Məşhur güləşçi karyerasını başa vurdu

style='margin-bottom:10px;'>

Məşhur amerikalı güləşçi Con Sina peşəkar karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 48 yaşlı tanınmış aktyor idmançı ötən gecə "World Wrestling Entertainment" (WWE) promouşenində son görüşünü keçirib.

ABŞ-nin paytaxtı Vaşinqtonda keçirilən "WWE Saturday Night's Main Event XLII" turnirində Qunterə boğma fəndi ilə uduzub. Sina görüşdən sonra idman ayaqqabılarını çıxrarıb rinqin mərkəzinə qoyaraq karyerasını bitirdiyini elan edib.

Qeyd edək ki, C.Sina WWE-də 2002-ci ildə debüt edib. Karyerası ərzində WWE promouşenində 17 titul qazanmış güləşçi bu göstəricidə mütləq rekordçudur. O, həm də televiziya aparıcısıdır.

Seçilən
63
7
teleqraf.com

9Mənbələr