AZ

Sumqayıtda bu yaşayış binaları sökülür - VİDEO

Sumqayıtda uzun müddətdir qəzalı vəziyyətdə olan “Fin evləri” kimi tanınan ikimərtəbəli yaşayış binaları sökülür.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı FHN ərazidə söküntü işlərinə start verib.

Hazırda söküntü işləri xüsusi texnika və təhlükəsizlik tədbirləri çərçivəsində davam etdirilir. Ərazidə fəaliyyət göstərən briqadalar əvvəlcə kommunikasiya xətlərini təhlükəsiz şəkildə ayırıb, daha sonra binaların mərhələli sökülməsinə başlayıblar.

Yeni layihənin Sumqayıt şəhərinin ümumi inkişaf konsepsiyasına uyğun şəkildə reallaşdırılacağı və ərazinin sosial infrastrukturunun yenilənməsinə töhfə verəcəyi bildirilir. Bu işlər sakinlərin də ürəyincə olub.

Layihə çərçivəsində yeni binaların inşası ilə yanaşı, abadlıq işlərinin aparılması, uşaq meydançaları, park zonaları, parkinq sahələri və ictimai istifadə üçün digər obyektlərin yaradılması da planlaşdırılır. 

Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, hazırda proses şəhərin bir neçə yaşayış massivində, o cümlədən, 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrində ardıcıl və planlı şəkildə davam etdirilir. Gələcəkdə digər ərazilərdə də işlər aparılacaq.

Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:

"Cebheinfo.az" 

 

Seçilən
30
13
cebheinfo.az

10Mənbələr