AZ

Qalmaqallı video ölkəni qarışdırdı: Hər 5 uşaqdan biri...

Macarıstanın Baş naziri Viktor Orbana qarşı şənbə günü minlərlə macar Budapeştin mərkəzindəki yürüş təşkil edib.

“Cebheinfo.az” “Euroactiv”-ə istinadən xəbər verir ki, bu həftə yetkinlik yaşına çatmayanların dövlət tərəfindən idarə olunan saxlanma mərkəzlərində gənc məhbusların vəhşicəsinə fiziki zorakılığa məruz qaldığını göstərən videolar yayımlanıb.

Şokedici görüntülər milli seçkilərdən cəmi dörd ay əvvəl baş verib.

Orban  bildirib ki, videonun yayımlanmasından sonra Macarıstanın saxlanma mərkəzləri polis nəzarəti altına alınıb və zorakılıqla bağlı rəsmi araşdırma başladılıb. Lakin bu addımlar müxalifət liderlərinin etirazını yatıra bilməyib.

"Bu gün on minlərlə insan buraya uşaqların müdafiəsi mərkəzləri və orada yaşayan uşaqlar haqqında danışmaq üçün gəldi", - deyə mərkəzçi müxalif Tisza Partiyasının lideri Peter Magyar bildirib.

Magyar bu həftənin əvvəlində "dövlət himayəsində olan hər beş uşaqdan biri rəsmi olaraq zorakılığa məruz qalır" iddiasını irəli sürübş Bu iddia Orbanın ofisi tərəfindən qəbul edilmir.

Xatırladaq ki, Magyar qarşıdan gələn seçkilərdə Orbanın əsas rəqibidir.

Seçilən
28
1
cebheinfo.az

2Mənbələr