
ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında münaqişə dayandırılmayacağı təqdirdə, Tailand və Kamboca hakimiyyətini onların məhsullarına yeni tariflər tətbiq etməklə hədələyib.
Yeniavaz.com xəbər verir ki, Amerika lideri bunu “The Wall Street Journal” qəzetinə verdiyi müsahibədə bildirib.
“Mən 10 dəqiqə əvvəl Tailand və Kamboca arasında yeni bir gərginliyi həll etmək üçün tariflərdən istifadə etdim. Mən dedim ki, əgər müharibəyə başlasanız, mən nəinki ticarət müqaviləmizi ləğv edəcəyəm, həm də ölkələrinizə tariflər tətbiq edəcəyəm”, - deyə Amerika lideri qeyd edib.
“Bunu məndən başqa heç kim edə bilməz”, - deyə o, əmin edib.