Əməkdar artist Tahir İmanov sosial şəbəkədə yayımladığı video ilə gündəmə gəlib.
"Bu plaşı 17 manata almışam. Siz onu görmürsünüz, çünki gözəgörünməzdir. Çindən gətiriblər. "Brend" sözünün mənasını isə bilmirəm. Bu ayaqqabını da mənə pulsuz veriblər, məktəbdə uşaqlar əmək dərsində hazırlayıblar. Qolumdakı orijinal "Rolex"i də pulsuz əldə etmişəm, dominoda udmuşam. Barmağımda brilyant üzüyüm var idi, onu da nərddə uduzmuşam. 7 manata da maşın almışam. Sağ olsun, oyuncaq mağazasının müdiri mənə endirim etdi. Hamıya 10 manata deyirdi, mənə isə 7 manata verdi. Belə".
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı icra başçısı açıqlamasında "Plaşımı üç il əvvəl 350 manata almışam" sözlərini deyib.