AZ

Millinin futbolçusu həbs olundu

“Əl-Əhli”nin futbolçusu Ayvan Touni polis tərəfindən saxlanılıb. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
29 yaşlı hücumçunun saxlanılmasına səbəb Londondakı bir barda törətdiyi insidentdi. Təcrübəli futbolçu həmin məkanda bir şəxsi baş zərbəsi ilə vurmaqda şübhəli bilinir. Hadisə həmin şəxsin İvanın boynundan tutub onunla şəkil çəkdirmək istəməsindən sonra baş verib. Zərərçəkən sınıq burun diaqnozu ilə tibbi yardıma müraciət edib.
Touni “Əl-Əhli”də 2024-cü ilin yayından oynayır. O, cari mövsümdə klub səviyyəsində keçirdiyi 18 matçda 12 qol vurub, 2 məhsuldar ötürmə verib. Futbolçu 2023-cü ildən İngiltərə millisində çıxış edir.

Seçilən
17
3
football-plus.az

5Mənbələr