AZ

Dubayda sürücüsüz taksilər sınaqdan keçirilib

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin Cümeyra və Umm-Suqeym rayonlarında “WeRide” şirkətinin sürücüsüz taksiləri sınaq rejimində kommersiya fəaliyyətinə başlayıb.Bu barədə Dubay hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Dubay Yol və Nəqliyyat İdarəsi “Uber” tətbiqi çərçivəsində ictimai robot taksi üzrə pilot layihəsinin başlandığını elan edir “, – deyə məlumatda bildirilib.

Taksi xidmətinin test rejimindən tam fəaliyyətə 2026-cı ilin əvvəlində keçəcəyi planlaşdırılıb.

Seçilən
19
5
anews.az

6Mənbələr