Argentina millisinin hücumçusu Lionel Messi Hindistanda yerli siyasətçi ilə futbol oynayıb.
Publika.az xəbər verir ki, həmin gün Messi Haydarabad şəhərinə yollanıb və yerli stadionda 8Telanqana ştatının baş naziri Revant Reddo ilə futbol oynayıb. Siyasətçi ardıcıl iki dəfə qeyri-dəqiq ötürmə verdikdən sonra Lionel Messinin topun arxasınca qaçmalı olduğu bildirilib.
Qeyd edək ki, Dekabrın 12-də "İnter Mayami"nin 38 yaşlı forvardı sözgedən ölkəyə səfər edib və onun şərəfinə ucaldılan 21 metrlik heykəlin açılış mərasimində iştirak edib. Tədbir 70 min tamaşaçı tutumuna malik stadionda baş tutub. Messi mərasimi videobağlantı vasitəsilə izləyib və təxminən 20 dəqiqə sonra tribunaları salamlayaraq, bir neçə seçilmiş qonağa forma imzaladıqdan sonra arenanı tərk edib.