AZ

Qusar rayonu ərazisində yollarda vəziyyət necədir? VİDEO

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Qarın yağması və yolların buz bağlaması Qusar rayonu ərazisində hər hansı problem yaratmayıb.Bu barədə Bizim.Media-ya Qusar FHK-dan məlumat verilib.

 

Bildirilib ki, səhər saat 6 radələrindən başlayaraq rayonda Qusar-Şahdağ, Qusar-Quba, Qusar-Xudat və Rusiya sərhədi və Qusar-Həzrə istiqamətindəki  yollara  qum və duz tökülüb, yollar qardan təmizlənib.

Rayon rəhbərliyi tərəfindən  yollarda nəqliyyatın hərəkətinə mane olan halların aradan qaldırılması üçün zəruri tapşırıqlar verilib.Rayonda su, qaz və enerji sarıdan da hələlik hər hansı çətinliyin yaşanmadığı deyilir.

Aytəkin Alxaslı, Buzim.Media, Şimal bürosu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
2
bizim.media

10Mənbələr