AZ

Boşandılar… Teatrdan da getdi

Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə rejissor xanımı Səidə Haqverdiyeva boşanıb.

Axşam.az xəbər verir ki, bu haqda Səidə məlumat yayıb.

“Artıq Rəşad Əhmədzadə ilə nikahıma xitam verildi. İndi isə əziz teatrımla yollarımı ayırdım və işimdən getdim. Məni 10 illik ailəmi, 15 illik peşə yolumu tərk etməyə məcbur edənlərin nəzərinə: bundan sonra məni heç nə ilə qısnaya, psixoloji təzyiq altına ala, susdurmağa cəhd göstərə bilməyəcəksiniz. Başıma gələn hər şeyi açıq və aydın şəkildə yazacağam. Heç nəyi gizlətmədən. Bütün təfərrüatı ilə” deyə, o, əlavə edib.

Qeyd edək ki, rejissor teatrda yaşanan bir çox qalmaqala görə həyat yoldaşından ayrıldığını demişdi. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
67
1
axsam.az

2Mənbələr