AZ

Simeone ikinci sıraya yüksəldi: Əfsanəni ötə biləcək?

Olke.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone La Liqanın 16-cı turunda “Valensiya”ya qarşı keçirilən və komandasının 2:1 hesablı qələbəsi ilə başa çatan oyundan sonra İspaniya çempionatında qələbələrin sayına görə ikinci pilləyə yüksəlib.

"Ölkə.az" xəbər verir ki, hazırda argentinalı mütəxəssisin La Liqada 324 qələbəsi var. Reytinqə 344 qələbə ilə ispan məşqçi Luis Araqones başçılıq edir.

Dieqo Simeone 2011-ci ilin dekabrından etibarən fasiləsiz şəkildə Madrid “Atletiko”suna rəhbərlik edir. Onun klubla mövcud müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.(Publika.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
4
olke.az

5Mənbələr