AZ

Türkiyədə səhiyyə işçilərinin sayı 1,5 milyon nəfərə çatdı

Ötən ilin nəticələrinə görə, Türkiyədə ana ölümü nisbəti tarixi minimuma - 11,5 faizə düşüb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu ölkə parlamentində çıxışı zamanı bildirib.

O xatırladıb ki, hələ 2002-ci ildə ölkədə ana ölümü nisbəti hər 100 min doğuşa 64 hal təşkil edib.

Nazir körpə ölümü nisbətinin də azaldığını qeyd edib. “2024-cü ildə Türkiyədə hər min yeni doğulmuş körpədən orta hesabla 8,4 ölüm hadisəsi qeydə alınıb ki, bu da ölkə tarixində ən aşağı göstəricidir”, - deyə o diqqətə çatdırıb.

Seçilən
36
2
publika.az

3Mənbələr