AZ

“Epizodları qaçırmaq məşqçi korpusunu yorur” Azər Bağırov

Footbal-plus saytından verilən məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 15-ci turunda “Kəpəz” “Qəbələ”ni məğlub etdi - 1:0. “Football-plus.az” nominal meydan sahiblərinin baş məşqçisi Azər Bağırovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- Maraqlı oyun alındı. Bir qol vursaq da, hər iki komanda hücumda idi. Epizodları qaçırırq. Bu da məşqçi korpusunu yorur. Bu oyun 6 yox, 9 xallıq oyun idi. - Yusifin oyununu necə dəyərləndirirsiz?- Bir ildən artıq idi oynamırdı. Amma bizə yaxşı tərəfdən kömək edir. - Ohori ötən oyunda antiqəhrəman idi. Bu dəfə əksinə oldu. O haqda nə düşünürsüz? Paçu niyə start heyətinə deyildi?[/b]- Komanda daha çox yerli futbolçulardan ibarətdi. Səhvlər Ohoridə, Azərdə yox, hamıdadı. Səhvlər olmalıdı. Sevindirici haldı ki, inkişaf var. Ötən mövsüm çox oynamırdı. Amma indi onu fərqli mövqelərdə oynadırıq. Öhdəsindən gəlir. Paçunun sonradan meydana çıxması taktiki gediş idi. [b]- Ehtiram “Qəbələ”də hücumçu idi. İndi də belədi. Sanki daha effektivdi.- Yaxşı futbolçulara ehtiyacımız var. Ehtiram universaldı. Ehtiram hər mövqedə effektivdi. Sadəcə, qolu çatmır. Gələcəkdə bunu da bacaracaq. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
1
icma.az

2Mənbələr