AZ

Muslera 2 penaltini çıxardı - komandası çempion oldu

Fernando Musleranın çıxış etdiyi "Estudiantes" klubu Argentina çempionu adını qazınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, həlledici qarşılaşmada "Rasinq" ilə üz-üzə gələn "Estudiantes" oyun sonrası penaltilərdə çempionluğu təmin edib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Penalti seriyasında isə "Qalatasaray"ın keçmiş qapıçısı Muslera rəqib futbolçularının iki penaltisini dəf edib.

"Estudiantes" 11 metrlik zərbələrdə 5:4 hesabı ilə üstün olub. Qeyd edək ki, bu, uruqvaylı qapıçının karyerasında qazandığı 23-cü tituldur.

Milli.Az

Seçilən
23
6
milli.az

7Mənbələr