AZ

Həftənin ilk gününün hava proqnozu açıqlanıb

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bəzi rayonlarda qar yağacaq

Dekabrın 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5 şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
22
ayna.az

10Mənbələr