Azərbaycan Xalq Partiyasının VII (növbədənkənar) Qurultayı keçirilib. Qurultay Pənah Hüseynin istefasını qəbul edib.
KONKRET.az xəbər verir ki, bunu AXP-nin keçmiş sədri, sabiq Baş nazir Pənah Hüseyn bildirib.
“Sadıqov Qiyas Böyükağa oğlu AXP sədri seçilib. Uğurlar!” – Pənah Hüseyn əlavə edib.
Xatırladaq ki, Pənah Hüseyn 2012-ci ildə AXP sədri seçilib.