AZ

Ölkənin hansı yolları buz bağlayıb? RƏSMİ AÇIQLAMA

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün ölkəmizdə davam edən qarlı və qeyri-sabit hava şəraiti nəticəsində Bakı-Şamaxı yolunun buz bağladığı və bununla əlaqədar avtomobillərin hərəkət etməkdə çətinlik çəkdiyi ilə bağlı görüntülər yayılıb.

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin problem səhər saatlarında özünü göstərib:

"Hazırda yolda problem yoxdur. Ola bilsin səhər erkən saatlarında hansısa qısamüddətli problem olub. Amma ərazilərə texnikalar çıxarılaraq, buzlaşmanı aradan qaldırmaq üçün duz-qum qarışığı səpilib".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
7
olke.az

8Mənbələr