Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan yenidən Ermənistan Milli Konqresi Partiyasının sədri seçilib.
"Unikal" xəbər verir ki, bu qərar partiyanın 14 dekabrda keçirilən 4-cü qurultayından sonra qəbul edilib.
Ermənistan Milli Konqresi 2008-ci ildə Ermənistan Ümummilli Hərəkatının bazasında təsis edilib. O vaxtdan bəri ona Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan rəhbərlik edir.