AZ

Peskov: “Uşaqlarımın tərbiyəsinə vaxt sərf edə bilmirəm”

“Uşaqlarımın tərbiyəsinə kifayət qədər vaxt sərf edə bilmirəm”.

Paralel.az xəbər verir ki , bu sözləri Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib.

“Uşaqlarıma daha çox vaxt ayırmalı, valideyn kimi daha fəal olmalıyam. Bunun məsuliyyətini anlayıram”, – deyə o söyləyib.

Qeyd edək ki, Peskovun beş övladı – üç oğlu və iki qızı var.

Dmitri Peskovun ilk arvadı Anastasiya Budennaya olub. O, Sovet İttifaqının marşalı Semen Budennanın nəvəsi idi. 1990-cı ildə cütlüyün oğlu Nikolay doğulub. Uşaqlığında Nikolay anası ilə birlikdə Böyük Britaniyada yaşayıb, sonra Rusiyaya qayıdıb və raket qoşunlarında xidmət edib. O, RT kanalında çalışıb. 2022-ci ilin martında ABŞ ona qarşı sanksiyalar tətbiq edib.

Dmitri Peskovun ikinci arvadı Yekaterina Solotsinskaya olub. Diplomat Vladimir Solotsinskayanın qızıdır. Onlar 1994–2012-ci illərdə evli olublar. Cütlüyün övladları: qız Elizaveta (1998), oğlanlar Mik (2004) və Deni (2008).

Dmitri Peskovun üçüncü arvadı Tatyana Navkadır. Məşhur rus fiqurlu konkisürən olub. Cütlük uzun müddət münasibətlərini gizli saxlayıb, hətta 21 avqust 2014-cü ildə qızları Nadejda doğulduqdan sonra da. Navka jurnalistlərə evlənəcəyini ilk dəfə 2015-ci ilin iyulunda təsdiqləyib. Mərasim 1 avqust 2015-ci ildə Soçidə keçirilib.

2022-ci ildə Navkaya qarşı Avropa İttifaqı, ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə və Yaponiya sanksiyalar tətbiq edib.

Dmitri Peskov ingilis, türk və ərəb dillərini bilir.

O, 2012-ci ildən Rusiya Prezidentinin mətbuat katibi vəzifəsində çalışır.

Seçilən
47
1
paralel.az

2Mənbələr