Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iştirak edən Azərbaycan boksçuları vətənə qayıdıblar.
İdman.Biz xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman həvəskarları, yaxınları və ictimaiyyət nümayəndələri qarşılayıblar.
Turnirdə Sübhan Məmmədov (48 kq) qızıl, Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan yarışda 11 boksçu ilə təmsil olunub.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.